Sürücünün yandığı qəzadan dəhşətli FOTOLAR

Gündəm 20 Dekabr 2014 13:55 Oxunub 2395
Sürücünün yandığı qəzadan dəhşətli FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yevlax rayonu ərazisində tükürpədici yol qəzası baş verib

Mingəçevir-Xaldan yolunda, Yevlax rayonu ərazisində tükürpədici yol qəzası baş verib. Avtosfer.az-ın moderator.az-a istinadən məlumatına görə, hadisə dekabrın 19-u axşam saat 19:30 radələrində Mingəçevir-Xaldan yolunun 6-cı kilometrliyində qeydə alınıb. Belə ki Şəki rayonunun Kiçik Dəhnə kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılov Famil Möhtərəm oğlunun idarə etdiyi 90-XE-438 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını Mingəçevir istiqamətində hərkətdə olan 1958-ci il təvəllüdlü Süleymanov Zaman Süleyman oğluna məxsus 60-BH-405 dövlət nömrə nişanlı “KAMAZ” markalı yük maşını ilə toqquşub. Zərbə o qədər güclü olub ki,hər iki avtomobil yoldan çıxaraq aşıb.Dərhal partlayış baş verib və başlayan yanğın qısa vaxtda minik avtomobilin bütün hissələrinə yayılıb.Əraziyə FHN-nin Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və xilasetmə briqadası gəlib.Ancaq onlar avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Famil İsmayılovun həyatını xilas edə bilməyiblər.Nəticədə o yanaraq dünyasını dəyişib. “Kamaz”ın sürücüsü Zaman Süleymanov yüngül bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla əlaqədar Yevlax rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb,hadisənin başvermə səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh