Yol polisi boğulan uşağı tıxacdan çıxarıb xəstəxanaya çatdırdı – YP 330

Yol polisi 7 Dekabr 2017 15:38 Oxunub 6712
Yol polisi boğulan uşağı tıxacdan çıxarıb xəstəxanaya çatdırdı – YP 330
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bizi tıxacdan çıxarıb xəstəxanaya vaxtında çatdırmasaydılar...”

Bakı şəhər sakini Samir Manaflı Avtosfer.az saytına müraciət edərək yol polisi əməkdaşlarının ona etdiyi köməklikdən danışıb və təşəkkür edib. Bildirib ki, bu gün səhər saatlarında övladının halı pisləşdiyi üçün həkimə çatdırmalı olub. İdarə etdiyi “QAZ-31” markalı, 90 NG 543 dövlət nömrə nişanlı avtomobillə uşağı həkimə çatdırmaq üçün yola çıxsa da, “Koroğlu” metrostansıyası yaxınlığındakı körpüdə tıxaca düşüb: “Övladımda allergiya var, boğluma baş verir. Bu gün də halı pisləşdi, boğlumağa başladı. Biz tıxaca düşəndə artıq halı pisləşmişdi, getdikcə daha çox boğulurdu. Özümü itirmədən yaxınlıqdakı yol polislərinə yaxınlaşdım. 99 YP 330 nömrəli maşında olan yol polisi işçilərinə vəziyyəti başa salandan sonra onlar dərhal məni müşaiyət etməyə başladılar. Çox operativ şəkildə məni tıxacdan çıxarıb Nizami rayonundakı 6 saylı təcili yardım xəstəxanasına çatdırdılar. Bəlkə də onlar olmasaydı, həkimə gec çatsaydıq çox pis hadisə baş verə bilərdi. Özümü itirmişdim deyə adlarını soruşa bilmədim. Amma yenə də sizin sayt vasitəsilə həmin yol polislərinə öz adımdan, ailəm adından təşəkkür edirəm”.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh