Aeroport yolunda sərnişinlə dolu iki avtobusun ölüm yarışı - VİDEO

Avtosfer TV 7 Dekabr 2017 15:47 Oxunub 1817
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü avtobusa çatmaq üçün sürəti 130-a qaldırıb

Hava limanı yolunda 136 saylı iki sərnişin avtobusu yarışa çıxıb. Avtosfer.az xəbər verir ki, azxeber.coma-a göndərilən görüntülərdə, hadisə şahidi bu olayı öz mobil telefonu ilə lentə alır. O, 136 saylı içi sərnişinlə dolu avtobusun yarışa çıxaraq saatda 120 km sürətlə hərəkətdə olduğunu deyib. Sürücü avtobusa çatmaq üçün sürətini 130-a qaldırdığını və ancaq bu zaman onlara çata bildiyini əlavə edib. 

Yarışa çıxan sərnişin avtobuslarından birinin nömrəsi 90-FK-492 olduğu görünsə də, digərinin nömrəsi görünməyib. 

Qeyd edək ki, Azərbaycanda sərnişin avtobuslarının sürücüləri ilə bağlı müxtəlif zamanlarda reydlər keçirilir. Ancaq bu reydlərin keçirilməsinə baxmayaraq, hər il sərnişin avtobuslarının iştirakı ilə yüzlərlə yol nəqliyyat hadisəsi baş verir. Araşdırmalar nəticəsində avtobus sürücülərinin çoxunda sürücül vəsiqəsinin belə olmadığı ortaya çıxıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh