“Tour d’Azerbaidjan-2018” veloturunun keçirilmə vaxtı müəyyənləşib

Yarışma 7 Dekabr 2017 15:54 Oxunub 1433
“Tour d’Azerbaidjan-2018” veloturunun keçirilmə vaxtı müəyyənləşib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Planetin ən güclü şosse velosiped komandaları yenidən Azərbaycanda mübarizə aparacaq

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2018” veloturunun keçirilmə vaxtı müəyyənləşib.  Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, gələn ili mayın 9-da start götürəcək yarışda planetin ən güclü şosse velosiped komandaları yenidən Azərbaycanda mübarizə aparacaqlar. Beşgünlük yarış artıq Beynəlxalq Velosipedçilər İttifaqının 2018-ci il üçün müəyyənləşdirdiyi təqvim planına da daxil edilib.

“Tour d’Azerbaidjan-2018” şosse velosipedi üzrə gələn ilin mayında ölkədə təşkil olunacaq yeganə yarış olmayacaq. Bu veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandalar mayın 8-də birgünlük “Bakı-Xızı Eko” turunda da yarışacaqlar. Beynəlxalq Velosipedçilər İttifaqının kifayət qədər yüksək səviyyəli yarışı hesab edilən 1.1 kateqoriyalı velotur da artıq qurumun təqvim planında yer alır.

Qeyd edək ki, şosse velosipedi üzrə gələn ilin mayında keçiriləcək bu 2 yarışdan əlavə, iyunun 5 - 9-da Bakıda velosiped idmanının BMX növü üzrə (olimpiya idman növü) dünya çempionatı da təşkil olunacaq.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh