Müharbə əlilləri və veteranların avtomobil növbəsi ləğv ediləcək

Gündəm 5 May 2014 23:32 Oxunub 2677
Müharbə əlilləri və veteranların avtomobil növbəsi ləğv ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avqustadək 1533 əlilə avtomobil veriləcək

Perzident İlham Əliyevin imzaladığı sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə avtomobillərin paylanılması prosesi bu ayın sonuna kimi başa çatacaq. Nazir Səlim Müslümov bu sevinci qazanacaq əlillərin sayını və ayrılan vəsaitin miqdarını açıqlayıb. Müharibə əlillərin avtomobil növbəsi ləğv ediləcək.Çünki, bu ilin avqustunadək bütün növbdə duran müharibə əlillri və veteranlar avtomobillərlə təmin ediləcək. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlamasında bildirib ki, ölkə başçısının sərəncamlarına əsasən bu prosesin yekunlaşması üçün lazımi vəsait tam şəkildə təmin olunub. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sözlərinə görə,11 milyon AZN vəsait ayrılıb: “Bu vəsaitlə, həm 858 Böyük Vətən Müharibəsi iştirakçıları, həm 675 Qarabağ müharibəsi, həm də Cernobl əlillərin tam şəkildə avtomobilə təmin ediləçək. Bundan əlavə 1533 avtomobildə alınacaq. Artıq bunula bağlı Naxçıvandakı avtomobil zavoduna sifariş verilib”.

 

Bu günə kimi, 400 nəfər əlilə bu avtomobillər verilib. Bu ay isə bütün Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin hamısının xüsusi nəqliyyatla tam təmin ediləcək. Artıq “NAZ Lifan” markalı minik maşınlarının yığımına start verilib. Bir avtomobil 8700 AZN-ə başa gələcək. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyir ki, bu həttə də 100 nəfər bu avtomobili alacaq: “Mayın 20-sinə kimi, bu prosesi yekunlaşdıracayıq. Sonra iyinda Böyük Vətən Müharibəsi əllilərinə avtomobillərin verilməsinə başlayacayıq. Hazırda proses sürətlə gedir.” Böyük Vətən Müharibəsi veteranlarına avtomobillərin verilmə prosesi avqustadək başa çatacaq, nə deyirik. Bu qayğıdan yararlananların sağ əli, o günü gözləyən digərlərin başına.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh