Məmmədbağır Bağırova bəraət verildi; onun vurduğu piyada ölüb

Avtoxəbər 20 Dekabr 2014 13:58 Oxunub 2305
Məmmədbağır Bağırova bəraət verildi; onun vurduğu piyada ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanda vəzifəli şəxsin ölümünə səbəb olan sürücünün cinayət işindəki bir maddəyə xitam verilib

Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə müdir müavini Samir Pişnamazzadənin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə başlanan cinayət işinin istintaqı dayandırılıb. Avtosfer.az xəbər verir ki, "Report"un məlumatına görə, qəza zamanı "Mercedes" markalı avtomobillə piyada S.Pişnamazzadəni vuran sürücü Gəncə şəhər sakini Məmmədbağır Bağırov barəsində bu maddə ilə aparılan cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Hazırda sürücü M.Bağırov barəsində ancaq Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, bu ilin iyunun 20-də saat 23:30 radələrində Gəncə şəhər sakini M.Bağırov idarə etdiyi “Mercedes Benz” markalı, 20-DF-550 dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhərinin İsmət Qayıbov küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Samir Pişnamazzadəni vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh