Gələcəyin "ağıllı" pilotsuz avtomobili təqdim edildi

Avtodünya 8 Dekabr 2017 09:00 Oxunub 1364
Gələcəyin "ağıllı" pilotsuz avtomobili təqdim edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Fisker" şirkəti "Orbit" adlı pilotsuz konseptini təqdim edib

Avtosfer.az Ölkə.Az-a istinadən xəbər verir ki, şirkət "Aston Martin" şirkətinin keçmiş dizayneri Henrik Fiskerə məxsusdur.

Ehtimal edilir ki, yeni modelin satışların növbəti ilin oktyabr ayında baş tutacaq. "Orbit" avtomobilləri "ağıllı" şəhərlər layihəsinin inkişafı çərçivəsində istifadə ediləcək.

Yeni model elektrik mühərriki ilə təchiz edilib. Bundan başqa şəbəkəyə qoşulmaq üçün geniş imkanlar və yol infrastrukturu ilə qarşılıqlı əlaqə nəzərdə tutulub. "Orbit"in əsas xüsusiyyəti banın şüşə panelinə quraşdırılan displeydir. Bu displeyə marşrut haqqında informasiya daxil ediləcək.

Avtomobilin istehsalı üçün "Hakim Group" şirkəti ilə əməkdaşlıq nəzərdə tutulub. "Orbit"in maksimal sürəti 260 km/saat, enerji imkanı isə 640 km-dir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh