Artıq metroda və avtobusda da ev telefonlarınıza cavab verə biləcəksiniz

Yeniliklər 8 Dekabr 2017 09:32 Oxunub 1631
Artıq metroda və avtobusda da ev telefonlarınıza cavab verə biləcəksiniz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ev nömrəsinə daxil olan zəngləri qəbul etmək və zəng etmək mümkün olacaq

"Aztelekom" MMC dövlət rabitə operatoru 2018-ci ildən stasionar nömrənin köçürülməsi xidmətini işə salacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib. Bu xidmətdən mobil tətbiq vasitəsilə istifadə etmək olar. Ev nömrəsini proqrama daxil etdikdən sonra internet vasitəsilə ev nömrəsinə daxil olan zəngləri qəbul etmək və zəng etmək mümkün olacaq.

MMC-dən verilən məlumatda qeyd olunub ki, mobil tətbiqin demo-versiyası artıq hazırdır. Xidmət işə düşdükdən sonra bu tətbiqdən tam şəkildə istifadə etmək olacaq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh