Sabaha 14 dərəcə isti vəd edirlər

Gündəm 20 Dekabr 2014 14:30 Oxunub 1203
Sabaha 14 dərəcə isti vəd edirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mülayim cənub-qərb küləyi axşam arabir güclənəcək

Dekabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Avtosfer.az-a bildirilib ki, gecə və səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 21-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh