Polisin tariximizin öyrənilməsinə töhfəsi - FOTO

Yol polisi 8 Dekabr 2017 13:24 Oxunub 1500
Polisin tariximizin öyrənilməsinə töhfəsi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kapitan Rəhim Məcnunov 9 dərs vəsaiti və 5 tədris proqramının müəllifidir

Bu yaxınlarda işıq üzü görmüş, yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanan “Azərbaycan tarixi” və “Ümumi tarix” fənnləri üzrə tədris vəsaitləri şagirdlərə təlim materiallarını elmi-metodik cəhətdən mənimsəməyə kömək məqsədi ilə hazırlanıb.

Məktəblilərin tarixi bilik, bacarıq və vərdişlərinin formalaşdırılması prosesi bir-biri ilə bağlı olan kompleks mərhələlərdən ibarətdir. Dərsliyin didaktik baxımdan qoyulan tələblərə tam şəkildə cavab verməsi passiv öyrənməni tamamilə aradan qaldırır, şagirdlərə tədris olunan fənni mənimsəməyə kömək edir. Qeyd olunan cəhətləri nəzərə alaraq şagirdlərdə kurikulum proqramının tələblərinə uyğun bilik, bacarıq və vərdişlərin formalaşdırılması üçün vəsaitdə tarixi hadisələr, səbəb-nəticə əlaqələri aydın, sadə və anlaşıqlı üslubda şərh edilib. Bundan əlavə, şagirdlərin ümumiləşdirmə aparması və mövzuları daha yaxşı qavraması üçün tarixin müxtəlif dövrlərinə aid şəkil, sxem və cədvəllər, xəritələr və terminlər verilməsi vəsaitdən istifadə edənlərə qısa vaxt ərzində səmərəli bilik və yaxşı nəticə əldə etməyə imkan verəcək.

Kitabın müəlliflərindən biri DİN Polis Akademiyasının “İctimai elmlər” kafedrasının rəisi, polis kapitanı Rəhim Məcnunov ümumilikdə 9 dərs vəsaiti və 5 tədris proqramının müəllifidir ki, bunların bəziləri ali məktəb tələbələri üçün nəzərdə tutulub. Həmkarımız bu istiqamətdə araşdırmalarını davam etdirir.

 

Xəyalə Məmmədova,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh