Yük maşınları yollarımızı belə dağıdır – VİDEO

Xəbərlər 8 Dekabr 2017 13:30 Oxunub 1521
Yük maşınları yollarımızı belə dağıdır – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Quba yolunu dağıdan sürücülər indi normal yol tələb edirlər

Yol çəkilir, bir neçə aydan sonra dağılır. Yolun dağılmasının iki səbəbi ola bilər. Ya yol keyfiyyətsiz çəkilib, yaxud da istismar qaydaları pozulub. Yol çəkilən zaman müəyyən tonnaja hesablanır. Məsələn, rəsmi olaraq ölkədə icazə verilmiş maksimum kütlə 20 tondur. Yol buna uyğun çəkilir. Amma yəqin ki, yol çəkənlər 20 ton tutumu olan yük maşınına 60 ton yük vuran sahibkar və sürücü haqqında düşünmürlər. 

Avtosfer.az-ın oxucularından biri bu məsələ ilə bağlı videolar çəkib bizə göndərib. Videolardan da görünür ki, qum karyerlərində maksimum kütlədən 3 dəfə artıq yük vurulmuş maşınlar yollara çıxır.  Əlbəttə, burada tək sürücünü də günahlandırmaq olmaz. Buna icazə verən qurum, icazəsi “alan” sahibkar da məsuliyyət daşıyır. Ağır tonnajlı avtomobillər isə yolları bərbad vəziyyətə qoyur. Elə götürək Bakı-Quba yolunu. Yolun gedən hissəsi normaldır. Qayıdan hissəsində isə yük maşınlarının “səyi” nəticəsində yoldan əsər-əlamət qalmayıb. 

Xatırladaq ki, bir müddət əvvəl bəzi yük avtomobillərinin sürücüləri 250 manat müqabilində istədikləri qədər yük vurmağa icazə aldıqlarını bildirmişdilər. Amma deyəsən dövlətin xərclədiyi milyonları 250 manata qurban verənlərin vicdanları belə sızıldamır.

 

Oxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh