Yol xətləri sürüşkənlik yaradır? - 25 faiz sürüşür

Yazarlar 8 Dekabr 2017 20:37 Oxunub 1524
Yol xətləri sürüşkənlik yaradır? - 25 faiz sürüşür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Azəravtoyol” iddialara rəsmi cavab verib

Sosial şəbəkələrdə asfalt və beton yolların üzərinə çəkilən nişanlama xətlərinin  sürüşkən olduğu və bunun qəza hallarının artmasına gətirdiyi iddia edilib. Bu iddia həqiqətdirmi? Məsələ ilə bağlı Modern.az-a danışan “Azəravtoyol”  ASC-nin ictimaiyyətlə əlaqədar şöbəsinin  rəisi Anar Nəcəfli deyib ki, avtomobil yollarına vurulan boyalar sırf avtomobil yolları üçün nəzərdə tutulmuş boyalardı. “Həmin boyaların tərkibində kimyəvi qatqılar var ki, boyanın sürüşkənliyinin qarşısını alır. Həmin boyalarda sürüşkənlik heç də normadan artıq deyil. Boyaların normal hava şəraitində sürüşkənliyi ümumiyyətlə olmur. Həmin boyalar asfalt, beton örtüyü ilə eyni səviyyədə olur. Təbii ki, yağış, qar yağarkən asfalt, beton örtüyündə sürüşkənlik necə artırsa, boyaların üzərində də eyni dərəcədə artıq”.

A.Nəcəfli deyib ki, boyaların yenilənməsi müəyyən bir müddətsən sonra həyata keçirilir. “Əsasən payız-qış mövsümündən sonra həmin boyalar yenidən rənglənməlidir. Çünki istər-istəməz yağış, qar yağarkən və üzərindən intensiv hərəkət olarkən boyaların rəngi solmağa başlayır”.

Avtosfer.az bildirir ki, dünya təcrübəsinə görə yollarda istifadə olunan boyalar asfalta nisbətən 25 faiz sürüşkən ola bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh