Ürəyi zəif olanlar baxmasın - Bakıda qəza - VİDEO

Avtosfer TV 8 Dekabr 2017 16:08 Oxunub 4384
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda daha bir piyadanı avtomobil vurub

Bakıda yolu keçmək istəyən piyadanı avtomobil vurub. Avtosfer.az pressaz.com-a istinadən xəbər verir ki, hadisə ötən gün Bakı - Sumqayıt yolunun Binəqədi rayonu ərazisində, saat 21:30 - 22:00 radələrində baş verib. Belə ki, “Mercedes” markalı avtomobil havanın qaranlıq olduğu üçün, yolu keçmək istəyən orta yaşlı kişini vurub. Sürətin yüksək olması nəticəsində piyada hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən “Mercedes” markalı avtomobilin sürücüsü Sumqayıt şəhər sakini Veysəl Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumatı Sumqayıt şəhər polis idarəsi təstiqləyib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh