Bu dəfə taksi sürücüsü nəqliyyat qoçusunu döydü - VİDEO

Gündəm 20 Dekabr 2014 14:43 Oxunub 4562
Bu dəfə taksi sürücüsü nəqliyyat qoçusunu döydü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ayağı və burnu sınan Mirsadıq Həmidov xəstəxanaya çatdırılıb

Ötən gecə Yasamal rayonu ərazisində taksi sürücüsü nəqliyyat departamentinin əməkdaşını döyüb. Avtosfer.az-ın lent.az-a istinadən  məlumatına görə, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığındakı taksi dayanacağında qeydə alınıb. Bakı Sərnişin və Yük Daşıma Departamentinin əməkdaşı, 27 yaşlı Mirsadıq Həmidov xidməti vəzifəsini yerinə yetirərkən “50 CK 149” dövlət nömrə nişanlı "Opel" markalı nəqliyyat vasitəsini idarə edən taksi sürücüsü Vüsal adlı şəxs tərəfindən döyülüb. Taksi sürücüsü nəqliyyat işçisini döydükdən sonra hadisə yerindən qaçıb.

Hadisə zamanı ayağı və burnu sınan Mirsadıq Həmidov isə təcili tibbi yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb. Yaralıya xəstəxanada yardım edildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə barədə aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat verilib. Zərərçəkmiş Mirsadıq Həmidovun izahatı alınıb. Polis Nəqliyyat Nazirliyinin işçisini döyən taksi sürücüsünün axtarışına başlayıb. Faktla bağlı araşdırmalar başa çatdıqdan sonra məsələyə hüquqi qiymət veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elsen 10 Noyabr 2014 22:55
lap eceb eliyib.gerek tutub ....ehsen sene.biz seni desdekliyirik