Bu da italiya polisinin avtomobili - FOTO

Avtosfer Foto 8 Dekabr 2017 22:00 Oxunub 1640
Bu da italiya polisinin avtomobili - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fiat Fullback pikapı polis xidmətinə başlayır

Fiat şirkəti italyan polisinin kriminalistika bölməsi üçün Fullback pikapının xüsusi modifikasiyasını hazırlayıb. Avtomobil metaldan hazırlanmış yük boksu və məlumatları operativ şəkildə mərkəzə ötürmək üçün LTE Wi-Fi giriş nöqtəsi ilə təchiz ediblər. Pikapın yük platformasına yerləşdirilən boksdan məhkəmə-tibb ekspertlərinə gərək olan materialların və avadanlığın daşınması üçün istifadə olunur. Boks qutu və çantaların bərkidilməsi üçün müxtəlif qarmaqlar, rəf və yeşiklər ilə təchiz edilir. Boksun hər iki tərəfində olan taybatay açılan qapılar gərək olan avadanlığı götürməyi asanlaşdırır.

Pikapın kabinası da kimyəvi və daktiloskopik tədqiqatlar üçün gərək olan materialların daşınması üçün xüsusi bölmə, hibrid elektrogeneratoru, yığılan çadır və maddi sübutların saxlanılması üçün konteyner-soyuducu ilə təchiz edilib. Polis xidməti keçəcək Fiat Fullback 154 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edən 2,4-litrlik dizel güc aqreqatı ilə hərəkətə gəlir. (autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh