Qanun dəyişdi - Sürücülərə parkinqdə qayda pozandan sonra SMS gələcək

Qaydalar 8 Dekabr 2017 22:58 Oxunub 3135
Qanun dəyişdi - Sürücülərə parkinqdə qayda pozandan sonra SMS gələcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnzibati Xətalar Məcəlləsinə parklanma ilə bağlı dəyişiklik edildi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyi təsdiq edib. Avtosfer.az xəbər verir ki, məcəllənin 127-2.3-cü maddəsində “müddətinin bitməsinə 1 saat qalmış” sözləri “müddəti bitdikdən sonra 1 saat ərzində” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, 127-2-ci maddə avtomobillərin parklanmasıa görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilmiş müddətdən artıq istifadə edən əlavə ödənişin edilməməsi, habelə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılması ilə əlaqədar inzibati xəta hadisəsini nəzərdə tutur. Qeyd olunur ki, bir parklanmada 24 saatlıq müddətinin bitməsinə 1 saat qalmış nəqliyyat vasitəsinin istifadəçisinə xəbərdarlıq edilməlidir. Dəyişikliyə əsasən, 24 saatlıq müddət başa çatandan sonra avtomobil sahibinə məlumat verilməsi nəzərdə tutulur.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh