Yol polisindən «xod gedən» sənətçilərə xəbərdarlıq

Gündəm 20 Dekabr 2014 15:00 Oxunub 1786
Yol polisindən «xod gedən» sənətçilərə xəbərdarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«2-3 dəfə efirdə mahnı oxuyub özünü məşhur sayanlar bilsinlər ki, onlara heç kim yolda güzəşt eləmir»

Aşıq Telli Borçalı bu gün canlı efirdə yol hərəkəti qaydalarını pozduğunu, lakin heç vaxt cərimə olunmadığını bildirib. Avtosfer.az-ın məlumatına görə, hətta yol polisinin gözü qarşısında svetoforun qırmızı işığından keçdiyini deyən aşıq əlavə edib ki, polis saxlayanda «elə sənin acığına» deyib yoluna davam edir.

Ucnoqta.az məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin məsələyə münasibətini öyrənib. Kamran Əliyev bildirib ki, belə konkret faktla qarşılaşmayıb. “Amma ola bilər ki, hansısa cüzi qayda pozuntusudursa, ciddi inzibati xəta deyilsə, şəxsiyyətin ölkədə tanınmış insan olması, ölkə qarşısında xidmətləri inspektor tərəfindəın nəzərə alınar və ona xəbərdarlıq edilər. Amma inanmıram ki, bu kütləvi xarakter daşısın...”

Həmin şəxslərin çıxıb efirdən bu cür danışmasına isə Kamran Əliyev çox sərt münasibət bildirdi. “Çıxıb efirdə belə şey danışmağa çox pis baxıram. 2-3 dəfə efirdə mahnı oxuyub özünü məşhur sayanlar bilsinlər ki, onlara heç kim yolda güzəşt eləmir. Sadəcə, onlar bunu özlərinə hörmət qazandırmaq üçün guya ayrı-ayrı vəzifəli şəxlərin onlara hörmət etməsini əsassız şəkildə bəyan edirlər. 2-3 dəfə çıxıb efirdə mahnı oxuyan adamın qayda pozuntusuna yolda hamının göz yumması doğru deyil».

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh