Nə qədər cərimə edilsələr də...

Qaydalar 8 Dekabr 2017 23:39 Oxunub 1440
Nə qədər cərimə edilsələr də...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə qarşı 620 mindən artıq inzibati protokol tərtib edilib

Piyadaların avtomobillərlə vurulması Bakı şəhəri üzrə bu il ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin 67 faizini təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur. Avtosfer.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, bu il yanvarın 1-dən indiyə qədər yol-hərəkət qaydalarını pozan 85 min piyada keçirilən tədbirlər nəticəsində inzibati məsuliyyətə cəlb edilib: "Bununla yanaşı, təbliğat işlərinin aparılmasına da üstünlük verilib".

Şöbə rəisi əlavə edib ki, həmçinin yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə avtomobil sürücülərinə qarşı 620 mindən artıq inzibati protokol tərtib edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh