Gəncədə tələbəni maşın vurdu - VİDEO

Qəzalar 20 Dekabr 2014 22:26 Oxunub 1425
Gəncədə tələbəni maşın vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən sürücü məsuliyyətə cəlb olunub

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS-in məlumatına görə, hadisə səhər saatlarında şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, 23 yaşlı Bakı şəhər sakini Bayramlı Fətəli Cavanşir oğlu yolu keçmək istəyərkən VAZ markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan Fətəli Bayramlı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona sol baldırın sınığı, qarın və sifət nahiyəsinin zədələnməsi diaqnozu qoyulub. Həkim Gündüz Tanrıverdioğlu xətənin vəziyyətinin orta- ağır kimi qiymətləndirdi.

Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, hadisəni törədən sürücünün kim olduğu məlumdur və o artıq məsuliyyətə cəlb olunub. Hazırda faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh