Astroloqlar yeni "qara dəlik" kəşf etdi

Maraqlı 9 Dekabr 2017 10:00 Oxunub 1173
Astroloqlar yeni "qara dəlik" kəşf etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Qara dəlik" Yer planetindən 13 milyard işıq ili uzaqlıqda yerləşir

Astroloqlar yeni geniş kütləyə malik "qara dəlik" kəşf etdilər. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, Şimal Rəsədxanası ilə NASA-nın rəsmi bürosuna aid "Vays" teleskopu vasitəsilə təsbit edilən "qara dəlik" Yer planetindən 13 milyard işıq ili uzaqlıqda yerləşir. Onun Böyük Partlayışdan 690 milyon il sonra peyda olduğu iddia edilir.

Elm adamları, "ən uzaqdakı əjdaha qara dəlik" adlandırdıqları bu göy cisminin kütləsinin Günəşinkindən təxminən 800 milyon qat çox olduğunu ifadə ediblər.

"Qara dəliyin" kainatın yaranmasından çox qısa müddət sonra yaranması və bu ölçüyə çatmasını təəccüblə qarşılayan astroloqlar bu göy cisminin "qara dəliklər"in inkişafı ilə bağlı nəzəriyyələrə meydan oxuduğunu da diqqətə çatdırıb.

 

Alimlərin bu kəşfinə dair bütün təfərrüatlar "Nature" jurnalının dekabr nömrəsində dərc olunub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh