Küveytdə “Driftin Kralı” müəyyənləşdi – VİDEO
Yarışma 9 Dekabr 2017 12:28 241 dəfə oxunub
Küveytdə “Driftin Kralı” müəyyənləşdi – VİDEO
Bu idman növü artıq məşhur beynəlxalq avtoidmana çevrilib

Küveytdə “Red Bull Car Park Drift 2017”-nin final yarışları keçirilib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Omandan olan Rafat Al Yahya “Nissan Sylvia” markalı avtomobillə 378 xal toplayaraq birinci olub. İkinci yeri 372 xalla iordaniyalı Othman Tikriti “BMW M3”-lə, üçüncü yeri isə 340 xal toplayan misirli Əhməd Hamadan Bakhit “BMW M30"-la tutub. Qeyd edək ki, drift sürüş texnikası – sürücünün öz avtomobilini kiçik döngələrdə belə seçilmiş istiqamətdən qəsdən döndərməsidir. Bu idman növü artıq məşhur beynəlxalq avtoidmana çevrilib. Küveyt şəhərində keçirilən regionun ən böyük yürüşü olan “Red Bull Car Park Drift 2017”-in finalına “Driftin Kralı” titulu uğrunda mübarizə aparmaq üçün Yaxın Şərqin və Afrikanın ən bacarıqlı drifterləri gəlib. İlk dəfə driftinq XX əsrin 60-cı illərində Yaponiyanın əyri-üyrü dağlıq yollarında yaranıb. Bir qrup həmfikirli yarışçılar kəskin döngələri dönərkən şinləri tutma həddini aşaraq trasda qələbə uğrunda yürüşə başlayıblar. 2005-ci ildə “Red Bull” şirkəti driftinq idman növünü inkişaf etdirməyə başladı və Yaxın Şərqdə onun atəşini yandırmağa qərar verdi ki, həmin atəş bu günə kimi alovlanır. 

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh