Səsdən sürətli təyyarə hazırlanacaq

Texnologiya 9 Dekabr 2017 11:05 Oxunub 1415
Səsdən sürətli təyyarə hazırlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu aparatın saatda 2300 kilometr sürətlə uçacağı bildirilir

Yaponiyanın “Japan Airlines” (JAL) aviaşirkəti səsdən iti təyyarənin hazırlanması üçün ABŞ şirkətlərindən birinə 10 milyon dollar vəsait ayırmağı planlaşdırır. Avtosfer.az-ın azərtac-a istinadən məlumatına görə, “Boom Technology” şirkəti səsin sürətini təqribən iki dəfə üstələyəcək təyyarənin hazırlaması üzərində işləyir. Bu aparatın saatda 2300 kilometr sürətlə uçacağı bildirilir. Həmin təyyarənin Tokiodan San-Fransiskoya qədər olan məsafəni iki dəfə azaldaraq 5 saat yarıma qət edəcəyi gözlənilir. Həmin startap şirkətinin təyyarələrin kommersiya istifadəsinə 2023-cü ildə başlayacağı bildirilir. “JAL” şirkətindən verilən məlumata görə, şirkət artıq 20 təyyarənin sifarişi hüququnu əldə edib. Səsdən iti təyyarənin nə zaman və hansı marşrutlarda istifadə olunacağı, təyyarənin təhlükəsizliyi və yaradacağı səs həddinin azalması ilə bağlı tədbirlər təsdiq edildikdən sonra dəqiqləşdiriləcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh