“Alibaba” və “Ford” internet ticarət platformasından avtomobil satışı imkanlarını araşdıracaq

Avtoxəbər 9 Dekabr 2017 09:45 Oxunub 1013
“Alibaba” və “Ford” internet ticarət platformasından avtomobil satışı imkanlarını araşdıracaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bazar dəyəri 490 milyard dollar yaxın olan “Alibaba Group” dünyada ən böyük və ən dəyərli 10 şirkətdən biridir

Çinin internet ticarət nəhəngi “Alibaba Group” və ABŞ-ın məşhur avtomobil istehsalçısı “Ford” elektron ticarət platformalarından daha asan avtomobil satışının təşkilini araşdıracaq. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bununla əlaqədar iki şirkət arasında sənəd imzalanıb. Tərəflər elektron ticarət platformalarında avtomobil satışına dair pilot layihə həyata keçirəcəklər. Qeyd edək ki, bazar dəyəri 490 milyard dollar yaxın olan “Alibaba Group” dünyada ən böyük və ən dəyərli 10 şirkətdən biridir. Henri Ford tərəfindən 1903-cü ildə yaradılan “Ford” korporasiyası isə “General Motors”dan sonra ABŞ-ın ikinci ən böyük avtomobil istehsalçısıdır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh