Azərbaycanda naməlum obyekt göründü - FOTO

Xəbərlər 5 May 2014 23:33 Oxunub 1885
Azərbaycanda naməlum obyekt göründü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu haqda Göyçay şəhərinin sakinləri məlumat verib

Goyçay səmasında naməlum obyekt görünüb. ANS press-in məlumatına görə, bu haqda yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, naməlum obyekt səhər saat 05:35 radələrində gözə dəyib. Şəhər sakinləri bildirirlər ki, obyekt 15-20 dəqiqədən sonra səmada görünməz olub.

Xatırladaq ki, uçan naməlum obyektlər elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. İlk dəfə UNO-lar 1800-cü illərə gözə dəyib. 1800-cü illərin ortalarında tez-tez görülməyə başlayan bu obyektlər 1845-ci ildə Türkiyədə Antalyada, 1875–ci ildə Meksikada, 1879-1890–cı illərdə Basra Körfəzində - Çin dənizində ortaya çıxıblar.

Qeyd edək ki, yadplanetlilər sahəsində araşdırma ilə məşğul olan alimlər müəmmalı şəkildə dünyalarını dəyişirlər. İlk belə hal 1986-cı ildə baş verib. Uçan naməlum obyektlərin araşdırılması ilə məşğul olan professor Arşad Şarif müəmmalı şəkildə "intihar" edib. Lakin onun intihar etmək üçün yaşadığı yerdən 100 kilometr uzağa getməsinin səbəblərini heç kim müəyyənləşdirə bilməyib. Bundan cəmi bir neçə gün sonra Londonda eyni işlə məşğul olan daha bir professor - Vimal Dazibay da təxminən 100 kilometr məsafə qət edərək, özünü körpüdən atıb. Araşdırmalar göstərib ki, bu müəmmalı ölümlər yeganə deyil. UNO sahəsində araşdırma aparan bir çox alimlərin taleyinə nəzər saldıqda həqiqətən təəccüblənməmək olmur:

1987-ci ilin yanvarında Avtar Sinq-Qida itkin düşüb və sonda onun öldüyü elan edilib.

1987-ci ilin fevralında Piter Pippel özünə məxsus qarajda avtomobilin içərisində dünyasını dəyişib.

1987-ci ilin martında Devid Sends avtomobilini yüksək sürətlə kafe binasına çırparaq, «intihar edib».

1987-ci ilin aprelində Mark Vizer özünü asıb.

1987-ci ilin aprelində Styuart Qudinq qətlə yetirilib.

1987-ci ilin aprelində Devid Qrinhalq körpüdən yıxılaraq ölüb.

1987-ci ilin aprelində Şani Uoren suda boğularaq ölüb.

 

1987-ci ilin mayında Maykl Beyker yol qəzasında dünyasını dəyişib. Ümumilikdə UNO sahəsində araşdırma aparan və müəmmalı şəkildə dünyasını dəyişən alimlərin sayı 23-dür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh