Murad Dadaşov pilot kabinəsinə girdi, təyyarə silkələndi - Kuryoz

Qaydalar 9 Dekabr 2017 22:25 Oxunub 2845
Murad Dadaşov pilot kabinəsinə girdi, təyyarə silkələndi - Kuryoz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarə eniş edəndə baş verən silkələnmə sərnişinləri qorxuya salıb

Noyabrın 29-da Bakı-Moskva reysində uçuş zamanı tanınmış teleaparıcı və şoumen Murad Dadaşovla köməkçisi Toğrul Məmmədov təhlükəsizlik qaydalarını pozaraq pilotların kabinəsinə giriblər. Avtosfer.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya təyyarənin sərnişinlərindən biri danışıb. Onun sözlərinə görə, AZAL-ın 29 noyabr saat 20:00-da Bakıdan Moskvaya uçan təyyarəsində uçuş zamanı teleaparıcı və köməkçisi layner havaya qalxdıqdan 1 saat sonra pilot kabinəsinə giriblər və enəndən sonra çıxıblar. Təyyarə eniş edəndə baş verən silkələnmə isə sərnişinləri qorxuya salıb. Onlar elə zənn ediblər ki, pilot sükanı Murad Dadaşova verib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə bu barədə məlumatının olmadığını bildirib: “Bu barədə məlumatım yoxdur. Belə bir şey həqiqətən olub, ya yox, onu ancaq araşdırmaqla öyrənmək olar və bununla bağlı da araşdırma aparılması üçün müvafiq şöbəyə məlumat verəcəyəm”.

Qeyd edək ki, pilot kabinəsinə uçuş zamanı kənar şəxsin daxil olması qəti qadağandır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh