Gecə düşən kimi avtobusları söküb aparırlar - VİDEO

Xəbərlər 9 Dekabr 2017 22:53 Oxunub 1415
Gecə düşən kimi avtobusları söküb aparırlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sumqayıtda oğrular ələ keçdi

Təkərləri açılıb, şüşələri çıxarılıb və bəzi ehtiyat hissələri oğurlanıb. Sumqayıtda bir neçə mikroavtobus oğruların hədəfinə çevrilib. Naməlum şəxs və ya şəxslər gecə saatlarında həyətlərə gələrək mikroavtobusların avadanlıq və ehtiyat hissəslərini oğurlayıblar. Bu hadisə şəhərin müxtəlif istiqamətlərində və ayrı-ayrı saatlarda baş verib. Zərərçəkmişlərin sözlərinə görə, bu hall tez-tez baş verdiyindən onlar maşınlarını harada saxlayacaqlarını bilmirlər. Hadisə əsasən gecə saatlarında törədildiyindən onlar bundan yalnız səhər işə gedəndə xəbər tuturlar. Ümumilikdə 40-a yaxın mikroavtobusa ziyan dəyib. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Hazırda fakt üzrə zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir.

Zaqatalada isə avtomobil oğrusu saxlanılıb. Nəriman İsayev ona məxsus minik avtomobilinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət edib. Aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində Nəriman İsayevə məxsus maşını elə onun həmyerlisi Elnur Novruzovun qaçırması məlum olub. Tədbir nəticəsində Elnur Novruzov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh