Masallı sakini bayraq rəngində qeyri-adi avtomobil hazırladı - VİDEO

Avtodünya 9 Dekabr 2017 22:55 Oxunub 2479
Masallı sakini bayraq rəngində qeyri-adi avtomobil hazırladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oktay Rzayev bu işə 18 ay vaxt sərf edib

Köhnə avtomobillərin hissələrini bir araya yığıb yeni, idman üslubunda avtomobillər düzəldir. Artıq onun hazırladığı avtomobillərdən birini Masallı yollarında görmək olar. Rayonun Türkoba kənd sakini Oktay Rzayev uşaqlıqdan maşın həvəskarı olub. Atası ilə birlikdə çalışdığı təmir sexində avtomobil hissələrinin xüsusiyyətini və iş prinsiplərini öyrənib. Sonradan özü də yeni avtomobil modeli düzəltmək həvəsinə düşüb. Oktay Rzayev 18 ay ərzində idman üslubunda qeyri-adi avtomobil hazırlayıb. Usta modelin ərsəyə gəlməsində xaricidə istehsal olunan avtomaşınların hissələrindən yararlanıb.

Avtomobilin qeyri-adi dizayni var. maşındakı iki qapı yuxarı-aşağı və horizantal şəkildə hərəkət etməklə avtomotik açılıb-bağlanır. Yanacaq sərfiyyatı isə 100 km-ə 9 litirdir.

Bu Oktay Rzayevin hazırladığı yeganə avtomobil olmayacaq. O, hazırda daha bir avtomobi üzərində işləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh