Yol polisi olanda yol verən sürücü DYP olmayanda görün nə edir - VİDEO

Avtoreyd 9 Dekabr 2017 23:34 Oxunub 4639
Yol polisi olanda yol verən sürücü DYP olmayanda görün nə edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Özü bir yana, qarşısındakını də qayda pozmağa məcbur edir

Bakı-Sumqayıt yolunda polislərin olmamağından istifadə edərək qayda pozan sürücünün görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Bakı Dairəvi yolunun Bakı-Sumqayıt yoluna birləşən hissəsində 2.4 - “yol ver” nişanı quraşdırılıb. Həmin ərazidə YPX əməkdaşları olan zaman sürücülər “yol ver” nişanının tələbinə səbrlə riayət edirlər. Ancaq bu videodan aydın şəkildə görünür ki, dekabrın 4-də Bakı-Sumqayıt yoluna daxil olmaq istəyən 90-DG-097 qeydiyyat nişanlı "Chery" markalı avtomobilin sürücüsü, əsas yolda hərəkət edən avtomobilləri görüb bilərkdən qarşısında dayanıb soldan gələnlərə yol verən avtomobilə işıq və səs siqnalı verərək hərəkətə başlamasını tələb edir.

Yolda bu cür hərəkətlər edərək kiminsə həyatını təhlükəyə atmağa məcbur etmək və ya kimisə qayda pozmağa vadar etmək insanlıqdan kənar bir hərəkətdir. Sürücülərin bu hərəkətinə görə yolda polislərin sayı çox olsa, daha rahat və təhlüksiz hərəkət şəraiti yaranar.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh