Sərxoş sürücü yol polisini şoka saldı - Maşın mənimdi, özüm bilərəm - VİDEO

Avtoreyd 11 Dekabr 2017 01:18 Oxunub 2024
Sərxoş sürücü yol polisini şoka saldı - Maşın mənimdi, özüm bilərəm - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksi sürücüsü arağı acqarnına yox, xaşla içdiyini bildirib

Azərbaycanın qərb bölgəsində yol polisin əməkdaşlarının keçirdiyi reyd zamanı sərxoş vəziyyətdə taksi fəaliyyəti ilə məşğul olan sürücü aşkar olunub. Avtosfer.az xəbər verir ki, sərxoş halda qanunsuz taksi fəaliyyəti ilə məşğul olan Kərimov Xəyyam Pənah oğlu,polis əməkdaşlarına sənədləri təqdim etməkdən imtina edib. O, bildirib ki,az öncə musiqi ilə məşğul olan zaman sənədləri pianinonun üstündə qalıb. Polis əməkdaşları sürücüyə sərxoş vəziyyətdə avtomobili idarə etməyi irad bildirdikdə, sürücü spirtli içkini xaşla içdiyini bilidirib. Videodan da aydın şəkildə görünür ki,sürücü həqiqətən də sərxoşdur və özünü idarə edə bilmir.

Bu görüntünün zarafat üçün çəkildiyi də ehtimal olunur.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh