Nişanlar arasında ziddiyət və gülməli vəziyyət – FOTO

Yazarlar 11 Dekabr 2017 09:30 Oxunub 2021
Nişanlar arasında ziddiyət və gülməli vəziyyət – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dirəkdəki nişan bir əmr verir, yerdəki nişanlanma isə başqa əmr...

Paytaxtın Bakıxanov prospektinin İnşaatçılar prospekti və İzmir küçəsi ilə kəsişməsində qoyulan nişanlar arasında yaranan ziddiyət gülməli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, Bakıxanov küçəsində sağda 4.1.6 sağa və sola hərəkətin məcburi olduğunu bildirən nişan qoyulub,asfaltda isə bu nişanın tam əksi olan 1.18 düzünə hərəkət nişanlanması çəkilib. Bir sözlə desək, dirəkdəki nişan sürücüləri sağa,sola və geriyə dönməyə məcbur edir, yerdəki nişanlanma isə ancaq düzünə hərəkət edərək səkiyə çıxmağı məcbur edir.

Hərəkətin təşkilində olan bu cür səhvlər həqiqətən də çox gülməli vəziyyət yaradır. Aidiyyatı qurumlar hərəkəti təşkil edərkən bu cür məsələlərə qarşı daha diqqətli olmalıdırlar ki,sonradan aşkar olunan səhvlər sürücülərin məsuliyyətə cəlb olunmasına gətirib çıxarmasın.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh