Bakıda hərbi maşın aşıb uçurumun bir addımlığında qaldı - FOTO

Qəzalar 20 Dekabr 2014 22:59 Oxunub 2422
Bakıda hərbi maşın aşıb uçurumun bir addımlığında qaldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərbçilərin olduğu maşın qəzaya uğrayıb, Salyan yolu bağlanıb

Bu gün axşam saatlarında Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, Salyan yolu şosesində hərbi maşın aşıb. Bibiheybət məscidinin yaxınlığındakı sərt döngədə minik avtomobilinə çırpılan hərbi maşın aharaq üçurumun bir addımlığında dayanıb. Uçurumun kənarındakı maneəyə çırpılıb aşıran avtmobildə olan hərbçilər xilas biliblər. Hadisə yerində tıxac yaranıb. Əraxiyə təcili yardım və xilasetmə qüvvələri cəlb olunub. Bir neçə saatlıq xilasetmə əməliyyatından sonra hərbi maşının uçurumdan düşməsinin qarşısı alınıb. Buna baxmayaraq, hərbi maşın və onunla toqquşan minik avtomobilinə ciddi ziyan dəyib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, Salyan yolu şosesində hərbi maşının aşması nəticəsində xəsarət alan olmayıb. Yolda nəqliyyat vasitələrinin hərəkəti artıq bərpa olunub.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh