Bakıda parkomatlara “tas” qoyuldu – Sürücülər diqqətli olsun

Yazarlar 13 Dekabr 2017 13:57 Oxunub 1796
Bakıda parkomatlara “tas” qoyuldu – Sürücülər diqqətli olsun
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Parkinq nəzarətçiləri daha çox qazanmaq üçün sürücüləri ziyana salır

Bakıda quraşdırılmış parkomatların ərazisində baş verən qanunsuzluq barədə Avtosfer.az saytı araşdırma aparıb. Saytın əməkdaşı öz avtomobili ilə paytaxtın Kazım Kazımzadə küçəsinin parkomat olan ərazisində avtomobilini park edən zaman səkidə qanunsuz olaraq avtomobillərin park edildiyini görüb. Əməkdaşımız parkomata nəzarət edən şəxsə yaxınlaşıb səkidən piyadaların çətinliklə istifadə etməsini irad olaraq bildirdikdə, həmin şəxs avtomobillərin səkidə park edilməsinə icazə vermələrinin məcburiyyətdən olduğunu bildirib. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən (XTAİ) həmin şəxslərə gündəlik 35 manat plan verməli olduqlarını bildirib. Bu planı verə bilmədikləri üçün məcburən qanunsuz olaraq səkidə avtomobillərin park edilməsini təmin edirlər. Nəticədə piyadaların səkidən yox, yolun hərəkət hissəsinə düşərək hərəkət etməsinə gətirib çıxarır ki, bu da təhlükəli bir vəziyyətdir.

Avtosfer.az sürücülərin diqqətinə çatdırır ki, hər hansı bir parklanma yerlərinə nəzarət edən şəxslər qanunsuz olaraq səkidə, yolayrıclarında, ikinci cərgədə və ya səkiyə perpendikulyar park edilməsini sizdən tələb etdikdə onların göstərişlərinə əməl etməyin. Çünki son zamanlar bu cür qaydaların pozulmasına görə YPX əməkdaşları həmin nəzarətçilərin gözü qarşısında bort-kompyuterlə protokollar tərtib edirlər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh