2 gün əvvəl Şəkidəki qəzada yaralanan 4 hərbçidən biri dünyasını dəyişdi

Qəzalar 11 Dekabr 2017 10:41 Oxunub 1081
2 gün əvvəl Şəkidəki qəzada yaralanan 4 hərbçidən biri dünyasını dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
24 yaşlı  Məhəmməd Heydərov bu gün Salyan rayonunda torpağa tapşırılacaq

Qax rayonundan toydan qayıdarkən Şəkidə avtomobil  qəzasına uğramış 4 hərbçidən biri dünyasını dəyişib. Avtosfer.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, 2 gün əvvəl toydan qayıdan zaman avtomobil qəzasında ağır xəsarətlər alan 1994-cü il təvəllüdlü Salyan rayon sakini Məhəmməd Qalib oğlu Heydərov ötən axşam dünyasını dəyişib. Xatırladaq ki, iki “Mercedes”in qarşı-qarşıya toqquşduğu həmin qəzada maşınların birində olan 3 nəfər ölmüş, 5 nəfər yaralanmışdı. Yaralılardan 4 nəfəri həbrbçi idi. Həmin vaxt  vəziyyətləri  nisbətən sabitləşən yaralılar - Murad Bağırov, Elvin Qasımlı və Rəşad Aslanlı Gəncə şəhərindəki hospitala göndərilmişdi. Başından  ağır xəsarət alan  Məhəmməd Heydərov isə koma vəziyyətində Bakıda yerləşən Hərbi Hospitala yerləşdirilmişdi. 24 yaşlı  Məhəmməd Heydərov bu gün Salyan rayonunda torpağa tapşırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh