Tərtərdə hərbçi qəza törətdi- 3 yaralı - FOTOLAR

Qəzalar 20 Dekabr 2014 23:37 Oxunub 1447
Tərtərdə hərbçi qəza törətdi- 3 yaralı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“VAZ 2106” markalı avtomobillə “VAZ 2107” toquşub

Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Anspress-in məlumatına görə, hadisə Yevlax Ağdam yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hüsənli kəndi sakini 26 yaşı Zaur Bayramovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə qarşıdan gələn VAZ-2107 markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtomobillərdə oan 3 nəfər xəsarət alıb. Yaralılar kənd sakinlərinin köməkliyi ilə avtomobillərdən çıxarılıb. VAZ 2106-nın sürücüsü Zaur Bayramov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan adığımız məlumata görə, Zaur Bayramovun sol bud sümüyünü sınıb, vəziyyəti orta ağırdır. 

İlkin ehtimala görə qəzaya havanın dumanlı olmağı və yüksək sürət səbəb olub. Qəzayla bağlı Tərtər polisi araşdırma aparır.

Qeyd edək ki, “07”nin sürücüsünün hərbçi olduğu bildirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh