Taksilər sifariş gözləyərkən yalnız xüsusi duracaqlardan istifadə edə biləcək

Qaydalar 11 Dekabr 2017 12:56 Oxunub 1150
Taksilər sifariş gözləyərkən yalnız xüsusi duracaqlardan istifadə edə biləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq

Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşıması həyata keçirən avtomobillər yalnız xüsusi müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı “Avtomobil nəqliyyatı haqqında” qanunun 20-ci (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) maddəsinə dəyişiklik edilir. Layihəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək. Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh