Parklanma yerlərindən pulu bələdiyyələr toplayacaq

Yeniliklər 11 Dekabr 2017 13:30 Oxunub 1148
Parklanma yerlərindən pulu bələdiyyələr toplayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq

Yollarda avtomobillər üçün ayrılmış parklanma yerlərindən əldə olunan vəsait bələdiyyələr tərəfindən toplanacaq. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinə əlavələr edilir. Layihəyə görə, maddədə yerli büdcənin gəlirləri sırasına “bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait” də əlavə edilir. Buna uyğun olaraq “Avtomobil yolları haqqında” qanuna dəyişikliklər də müzakirəyə çıxarılır. Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh