Bakıda təhlükəli anlar; «Nissan» avtobusu əzdi - VİDEO

Avtoxəbər 21 Dekabr 2014 02:20 Oxunub 4896
Bakıda təhlükəli anlar; «Nissan» avtobusu əzdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Minik maşını avtobusa çırpılıb, sərnişinlər təxliyyə edilməyib

İzlədiyiniz bu video Bakıda qeydə alınmıh yol qəza hadisələrindən biridir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu hadisəyə diqqət etdikdə məlum olur ki, sürətlə hərəkətdə olan «Nisan X-trail» markalı avtomobil yolun solu ilə hərəkət edir. Sərnişin avtobusu isə orta zolaqdadır. Sağ zolaq boşdur. «Nissan»ın sürücüsü bir də onda ayılır ki, sağa getmək lazımdır və sağa-sola baxmadan, sürəti azaltmadan dərhal sağa dönür. Bu zaman ara məsafəsini və sürət həddini nəzərə almayan sürücü ağır qəzaya səbəb olur. «Nissan» arxadan avtobusa çırpılır. Zərbənin təsirindən avtobusun arxası əzilıir, radiator deşiıir və ətrafa maye axmağa başlayır. Avtobus sürücüsü bunu görsə də, sərnişinləri dərhal avtobusdan təxliyyə etmir.

Asfalt üzərindəki nişanlardan məlum olur ki, «Nissan»ın hərəkət etdiyi zolaqda yalnız düzünə və sola hərəkətə icazə verilir. Sağa dönmək üçün sağ zolaqla getmək lazım idi. Yol nişanı da bunu deyir.

Burada incə və mühim məqam odur ki, «Nissan»ın sürüsü təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün qəzaddan xəsarətsiz ötüşə bilir. Bu qəzada «Nissan»ın sürücüsü normal sürət rejimi ilə getsəydi və sağa dönərkən ara məsafəsini nəzərə alsaydı, ən yaxşı halda, getdiyi yolu əvvəlcədən seçib sağ zolaqla hərəkət etsəydi, bu qəza da baş verməzdi. Qəzanın bir əsas səbəbi də odur ki, yol nişanları, nişanlanma xətləri normal çəkilmir. Yəni, bu videoda da göründüyü kimi, hərəkət istiqaməti yalnız yolayrıcında göstərilir. Əlbəttə, burada sürücü çaşa bilər. Yaxşı olardı ki, bu cür yol şəraitində yol nişanları və nişanlanma xətləri təkrarlansın. Yəni, konkret bu qəzanın baş verdiyi yerdən 20-30 metr geridə eyni xəbərdaredici nişan olsaydı, sürücü əvvəlcədən öz istiqamətini müəyyən edə bilərdi.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh