17 nömrəli marşrut xəttinin daşıyıcısı dəyişdirilib

Gündəm 11 Dekabr 2017 14:12 Oxunub 1221
17 nömrəli marşrut xəttinin daşıyıcısı dəyişdirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyişiklik edilməsinə səbəb dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq çatışmazlıqları aradan qaldırmamasıdır

17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Dəyişiklik edilməsinə səbəb, marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcının fəaliyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq çatışmazlıqları aradan qaldırmamasıdır. 17 nömrəli marşruta aid avtobusların gündəlik xətdə olarkən təsdiq edilmiş hərəkət sxeminə uyğun fəaliyyət göstərmədiyi və hərəkətin intensiv olduğu küçə və prospektlərdə geridönmə manevri edərkən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması müəyyən edilib. Bununla yanaşı, sərnişinlərdən 17 nömrəli marşrut xətti ilə bağlı “141” Çağrı Mərkəzinə çoxsaylı şikayətlər daxil olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh