Tovuzda "Mercedes" hərbçiləri daşıyan maşınla toqquşub - yaralı var

Qəzalar 11 Dekabr 2017 14:16 Oxunub 763
Tovuzda "Mercedes" hərbçiləri daşıyan maşınla toqquşub - yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalar aparılır

Tovuz rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, radisə rayon ərazisində baş verib. Rayonun girişində "Mercedes" markalı avtomobil hərbçiləri daşıyan maşınla toqquşub. Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sərnişin, Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Qasımova Rübabə Mirzə qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh