Yanvardan bu avtomobillər bahalaşacaq - 2 mindən 20 min manatadək

Avtobazar 11 Dekabr 2017 16:14 Oxunub 3695
Yanvardan bu avtomobillər bahalaşacaq - 2 mindən 20 min manatadək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qiymətlərdə 2 min manatdan 20 min manata qədər qədər artım olacaq

Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ilin yanvarın 1-dən istifadə müddəti bir ilə qədər olan minik avtomobillərinin idxalına tətbiq olunan gömrük rüsumu 75%, istifadə müddəti bir ildən artıq olan avtomobillər üçün 71,4% artırılır. “Gömrük rüsumunun artırılması bazarda avtomobillərin qiymətinin artmasına səbəb olacaq”. Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, bu, ölkədə həm avtomobil parkının köhnəlməsinə, həm də yollarda təhlükəli köhnə maşınların sayının artmasına səbəb olacaq:

“Yeni və köhnə avtomobillərin mühərrikinin həcmindən asılı olaraq, qiymətlərdə 2000 manatdan 20000 manata qədər qədər artım olacaq. Qiymət artımı bahalı və mühərrik həcmi böyük olan avtomobillərə daha çox təsir edəcək. Mühərrik həcmi ən aşağı – 1.6 olan avtomobillərdə isə təqribən 2000-2500 manat bahalaşma olacaq”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh