Abşeronda avtobus qəzası:1 ölü

Qəzalar 21 Dekabr 2014 15:55 Oxunub 1368
Abşeronda avtobus qəzası:1 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişin avtobusu minik maşını llə toqquşdu, ölən var

Abşeronda sərnişin avtobusu “Mercedes” ilə toqquşub. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda “İVECO” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh