Bu vəziyyətdə hərəkəti hansı istiqamətdə davam etdirə bilər? - DOĞRU CAVAB

Yarışma 12 Dekabr 2017 01:32 Oxunub 2650
Bu vəziyyətdə hərəkəti hansı istiqamətdə davam etdirə bilər? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nizamlayıcının siqnalları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Sürücü bu vəziyyətdə hərəkətini hansı istiqamətdə davam etdirə bilər? 

a) Onun hərəkəti qadağan olunduğundan yolayrıcı qarşısında dayanıb nizamlayıcının növbəti siqnalını gözləməlidir;

b) Yalnız sağa;

c) Düzünə və sağa.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 58-ci maddəsinin II hissəsinin “b” bəndinə uyğun olaraq, nizamlayıcının “Müəyyən istiqamət üzrə hərəkət” siqnalı nizamlayıcının sol və sağ tərəfindən gələn relssiz nəqliyyat vasitələrinin düzünə və sağa hərəkət etməsinə icazə verir. Lakin bu halda nəqliyyat vasitəsi 1.18 nişanlanmasının yalnız sağa hərəkətə icazə verdiyi sağ hərəkət zolağındadır. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Sürücü bu vəziyyətdə hərəkətini yalnız sağa davam etdirə bilər.

Suala ilk doğru cavabı Bəxtiyar adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh