Goranboyda qatı duman nəqliyyatın işini çətinləşdirib - FOTO

Gündəm 12 Dekabr 2017 02:11 Oxunub 788
Goranboyda qatı duman nəqliyyatın işini çətinləşdirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi sürücülər maşını yol kənarına çəkərək gözləmək məcburiyyətində qalıb

Goranboyda qatı duman avtomobil yollarında çətinliklərə səbəb olub. Gecə saatlarından etibarən Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində əmələ gələn qatı duman avtomobillərin hərəkətində qismən problemlər yaradıb. Havanın qəfil dəyişməsi ərazidə hərəkət edən avtomobil sahiblərini sürəti azaltmağa və bəzilərini isə maşını yol kənarında saxlayaraq gözləməyə vadar edib. Sürücülər uzaq vuran işıqlardan istifadə etmək məcburiyyətində qalıblar ki, bu da gediş-gəliş üçün əlavə problemlər yaradıb. Ərazidə olan sürücülərin bildirdiyinə görə, qatı duman yüngül qəzalara da gətirib çıxarıb.

 

"Report"

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh