Bakıda qadını avtomobil vuraraq tanınmaz hala salıb

Qəzalar 12 Dekabr 2017 08:39 Oxunub 835
Bakıda qadını avtomobil vuraraq tanınmaz hala salıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun vəziyyəti ağırdır

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə təxminən 70-75 yaşlı qadın (hələlik ad-soyadı məlum deyil) Zabrat qəsəbəsində Ayxan marketin qarşısından yolun digər tərəfinə keçmək istəyən zaman qeydə alınıb. Onu "Opel" markalı avtomobil vuraraq tanınmaz hala salıb.

Sürücü yaralını xəstəxanaya yerləşdirib. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh