Bakıda avtomobil qəzet əməkdaşını vurub

Qəzalar 12 Dekabr 2017 09:52 Oxunub 809
Bakıda avtomobil qəzet əməkdaşını vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun vəziyyəti ağırdır

Bakıda avtomobil piyadanı vurub. "Report"un xəbərinə görə, hadisə Səbail rayonunda baş verib. Belə ki, Bayıl qəsəbəsində yolu keçmək istəyən 1950-ci il təvəllüdlü Məmmədov Sabit Məmməd oğlunu minik avtomobili vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Qeyd edək ki, xəsarət alan piyada S.Məmmədov "Təzadlar" qəzetinin əməkdaşıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh