BAIC tamamilə elektrikli avtomobil istehsalına keçir

Avtoxəbər 12 Dekabr 2017 11:48 Oxunub 1065
BAIC tamamilə elektrikli avtomobil istehsalına keçir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət dizel və benzin istehsalını, 2025-ci ilə qədər isə satışını dayandıracağını bildirib

Çinin ən böyük avtomobil şirkətlərindən olan BAIC yaxın 3 il ərzində hibrid daxil olmaqla, dizel və benzin istehsalını, 2025-ci ilə qədər isə satışını dayandıracağını bildirib. Avtosfer.az "Report"a  istinadən xəbər verir ki, bu açıqlamanı BAIC qrupunun rəhbəri Xu Heyi verib. Heyi bildirib ki, verilən qərarın əsasında Çin hökumətinin 2040-cı ilə qədər ölkədə bütün dizel və benzinli avtomobilləri qadağan etmək planı durur. Çin hökumətinin indidən elektriklə işləyən avtomobillərin batareyalarında istifadə olunan litium və kobalt təchizatına nəzarəti gücləndirdiyi bildirilir. Belə ki, Çin artıq qlobal kobalt ehtiyatlarının 80%-ni ələ alıb.

 

Xatırladaq ki, BAIC 2017-ci ilin ilk yarısında 12 215 ədəd elektrikli avtomobil satışı həyata keçirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh