Avtomobil bazarında qiymətlər sabit qalıb

Avtoxəbər 12 Dekabr 2017 16:06 Oxunub 1295
Avtomobil bazarında qiymətlər sabit qalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Velosipedlərin qiymətində də noyabr ayı ərzində 0,3% artım qeydə alınıb

Bu ilin noyabr ayında Azərbaycanda minik avtomobillərinin qiyməti dəyişməz qalıb, onların ehtiyat hissələri və avadanlıqları isə 0,2% bahalaşıb. Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bununla yanaşı, avtomobil akkumulyatoru, amortizatoru, avtomobil qaçırdılmasına qarşı qurğunun qiyməti sabit qalıb. Velosipedlərin qiymətində də noyabr ayı ərzində 0,3% artım qeydə alınıb. Xatırladaq ki, oktyabrda minik avtomobillərində 3,1%, velosipedlərdə 0,3% bahalaşma müşahidə olunub. Ümumiyyətlə, cari ilin noyabr ayında oktyabra nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri 0,3% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh