Bakıda "06" ilə avtobus toqquşub, yaralanan var - FOTO

Qəzalar 13 Dekabr 2017 00:17 Oxunub 940
Bakıda "06" ilə avtobus toqquşub, yaralanan var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus sürücüsü günahı digər sürücünün üstünə atıb

Bakının Sabunçu rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Ramana qəsəbəsində yerləşən Şuşa qaçqın şəhərciyi ərazisində "VAZ-2106" markalı minik avtomobili ilə 214 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusu toqquşub. Nəticədə "Jiquli"nin sürücüsü, 1981-ci il təvəllüdlü Nəsibov Ramin Osman oglu xəsarət alıb. Avtobus sürücüsü Əli Rzayevin bildirdiyinə görə, qəza minik avtomobilinin onun yoluna çıxması nəticəsində baş verib. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh