Goranboyda ağır yol qəzası - ölənlər var

Qəzalar 13 Dekabr 2017 10:22 Oxunub 827
Goranboyda ağır yol qəzası - ölənlər var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xilasetmə qüvvələri sürücünü və 2 nəfər sərnişinin meyitlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər

Goranboy rayonunda ağır yol qəzası olub, ölənlər var. Fövqəladə Hallar Nazirliyindən (FHN) Avtosfer.az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Qarqucaq kəndində “VAZ” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücünün və 2 nəfər sərnişinin meyitlərini deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh