“Tesla”nın elektrik mühərrikli yük avtomobilinə kütləvi sifariş!

Texnologiya 13 Dekabr 2017 11:05 Oxunub 1415
“Tesla”nın elektrik mühərrikli yük avtomobilinə kütləvi sifariş!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük avtomobillərinin qiyməti 150-180 min dollar olacaq

Hələ istehsalına başlanmamış “Tesla Semi” elektrik mühərrikli yük avtomobilinin ən iri ilkin sifarişi qeydə alınıb. Avtosfer.az-ın lent.az-a istinadən yaydığı məlumata görə, “Pepso Co” şirkəti indidən 100 ədəd yük avtomobili sifariş verib. Şirkətin nümayəndəsi Mayk O’Konnel bildirib ki, “Tesla Semi” elektrikli yük avtomobilləri “Pepsi Co”nun avtoparkını tamamlayacaq: “Bu addım şirkətin parnik qazlarının atmosferə buraxılmasının azaldılması yönündə planının tərkib hissəsidir”.

“Pepsi Co” ilə bərabər “Walmart” reteyleri,  “Sysco” korporasiyası, “J. B. Hunt Transport Services” nəqliyyat şirkəti, DHL logistika şirkəti də ilkin sifariş veriblər. Ümumilikdə “Tesla” 285 yük avtomobili sifarişi qeydə alıb. 

Qeyd edək ki, “Tesla”nın rəhbəri İlon Mask “Tesla Semi” elektrikli yük avtomobilinin prototipini noyabrın 17-də təqdim edib. O bildirib ki, elektrik enerjisi ilə çalışan yük avtomobilinin yaradılması iqtisadiyyatı ənənəvi yeraltı yanacaqdan azad etmək istiqamətində yeni addımdır. İ. Mask deyib ki, yük maşını “güllə kimi” konstruksiya olunub. Avtomobil bir dəfə doldurulmaqla, tam yüklənmiş vəziyyətdə, maksimal sürətlə 804,5 km məsafə qət edə bilər. Avtomobil 36 ton yükgötürmə qabiliyyətinə malikdir. Bu sayədə ABŞ-da sürücülər yanacaq götürmək üçün dayanmağa ehtiyac duymadan təyinat yerinə gedib, qayıda bilər. (ABŞ-da əksər yük marşrutlarının uzunluğu 338 km təşkil edir.) Avtomobili enerji ilə doldurmaq yarım saat çəkir. Maşın bir-biri ilə əlaqəsi olmayan 4 müstəqil mühərrikə malikdir və onların hər biri bir təkərin fəaliyyətini təmin edir. ”Tesla Semi Track” yük olmadan 5 saniyəyə 96 km/saat sürət yığır, maksimal yüklənmiş vəziyyətdə isə (36 ton) bu sürət 20 saniyəyə yığılır. Avtomobilin sürücü kabini yalnız bir nəfər üçün nəzərdə tutulub. Oturacaq mərkəzdədir, rulun sağ və sol tərəflərində 2 sensor monitor quraşdırılıb və orada sürət, batareyanın doluluq səviyyəsi və digər məlumatlar göstərilir. Ekranlarda yoldakı vəziyyətin təsviri də görünür. Yük maşınında yarımavtonom “Tesla” sistemi quraşdırılıb ki, bu da nəqliyyat vasitəsinin eyni zolaqda hərəkət etməsinə, başqa zolağa keçməsinə və bir magistraldan sürücünün köməyi olmadan digər magistrala keçməsinə imkan verir.

İ.Mask qeyd edib ki, yüklərin daşınması 1 mil (1,609 km) üçün 0,85 dollara başa gələcək. Halbuki dizel maşınlarında bu, 1,51 dollara başa gəlir. İstehsalın 2019-cu ildə başlaması planlaşdırılır.

 

Yük avtomobillərinin qiyməti 150-180 min dollar olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh